Gündəm / Siyasət / Dünya

Kreml Paşinyanın MDB sammitinə qatılmasını gözləyir

Kreml Paşinyanın MDB sammitinə qatılmasını gözləyir

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində videobağlantı vasitəsilə iştirak edə bilər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya-1” telekanalına açıqlamasında bildirib. 

"Paşinyan ora gəlib-gəlməyəcəyini bilmirəm. Fikrimcə, onun videokonfrans vasitəsilə sammitə bağlanacağı barədə məlumatlar var", - Rusiya prezidentinin köməkçisi Vladimir Putinlə Paşinyan arasında görüşün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandırarkən deyib.