Gündəm / Siyasət / Dünya

"Qarabağdakı separatçı rejimin buraxılması Paşinyanın qələbəsi oldu" - ABŞ mətbuatı


Qarabağdakı separatçı rejimin buraxılması Ermənistanın baş naziri Nikol Paşinyanın qələbəsi oldu.

"Kanal14.az" xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı yazıb.

Məlumatda qeyd olunub ki, Qarabağda qanunsuz rejimin qurulması otuz il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub: "Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda, Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələdi. Paşinyan vəziyyəti dərk edərək Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərblə inteqrasiyasına kömək edə bilər".