Gündəm / Siyasət

İlham Əliyev bu tarixdə Paşinyanla görüşəcək

İlham Əliyev bu tarixdə Paşinyanla görüşəcək

Ermənistan və Azərbaycan liderləri oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Qranadada Aİ liderlərinin qeyri-rəsmi görüşünə gələn Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

"Oktyabrın sonuna qədər hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razılıq verdilər. Biz Azərbaycan və Ermənistan arasında münasibətlər sahəsində irəliləyiş əldə etmək üçün çox çalışacağıq", - Aİ rəsmisi əlavə edib.