Gündəm / Siyasət / Cəmiyyət

"Paşinyan və İlham Əliyevin görüşündə ciddi qərarlar qəbul edilə bilər" - KİV


"Oktyabrın 5-də Qranadada Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş planlaşdırılır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan  sentyabrın 26-da mümkün görüş barəsində Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə danışıqlar apardı".

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd” qəzeti məlumat dərc edib. 

Nəşr bildirir ki, Ermənistan və Azərbaycan rəsmilərinin müzakirəsi,  əsasən liderlərin görüşü barədə olub: 

"Görüş həmçinin iştirakçılara 5 oktyabr 2023-cü il tarixində Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşü ilə bağlı fikir mübadiləsi aparmaq imkanı verib. Və həmin görüşdə qeyd olunub ki, Ermənistan və Azərbaycan münasibətlərin normallaşmasına yönəlmiş səyləri davam etdirmək üçün Qranada mümkün görüşdən istifadə etməkdə maraqlıdırlar. Oktyabrın 5-də keçiriləcək görüşdə sərhədlərin demarkasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Üstəlik qeyd olunur ki, nizamlanma prosesinin bütün istiqamətləri üzrə aydın hərəkətlərə və qəti kompromis həll yollarına ehtiyac var. Yəni oktyabrın 5-də gözlənilən liderlərin görüşündə ciddi qərarlar qəbul edilə bilər".

Qeyd edək ki, ölkə liderlərinin görüşü İspaniyanın Qranada şəhərində baş tutacaq.