Gündəm / Siyasət

İnanmırsızsa, Putinin Qarabağ haqda dediyinə baxın! - Paşinyan

İnanmırsızsa, Putinin Qarabağ haqda dediyinə baxın! - Paşinyan

Ümumilikdə Qarabağla əlaqədar heç bir dəyişiklik baş verməyib. İstintaq komissiyasında on saatlıq çıxış etdim ki, Qarabağın heç vaxt, heç kim tərəfindən, hətta Ermənistanda da müstəqilliyi tanınmayıb. Qarabağ yalnız Azərbaycanın ərazisi kimi tanınıb.

"Kanal14.az" Axar.az-a istinadla xəbər verir ki, bunu oktyabrın 4-də Ermənistan parlamentində çıxışı zamanı Nikol Paşinyan deyib.

"Mənə inanmırsınızsa, gəlin Rusiya Prezidenti Putinin Ermənistanın onilliklər ərzində ”dqr”i tanımaması ilə bağlı bəyanatına baxaq. Bəli, biz Qarabağı öz hakimiyyətimiz dövründə tanımadıq, bəs siz niyə tanımamışdınız? Əgər deyirsinizsə ki, belə bir qərar var idi və indiki hakimiyyət bunu tanımadı və buna görə bizi qınayırsınızsa, o zaman həmin Rusiya prezidenti bu qərarın onilliklər ərzində həm Köçəryanın, həm də Sərkisyanın dövründə mövcud olduğunu bildirib. Əgər bu qərar belə yaxşı idisə, niyə razılaşmadınız? Məhz bu qərarla razılaşma olmadığı üçün müharibə baş verdi. Həm 2016, həm də 2020-ci ildə. Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü barədə Praqa sazişi və Almatı Bəyannaməsi var”, - o bildirib.