Gündəm / Cəmiyyət

Arayiki hansı cəza GÖZLƏYİR?

Arayiki hansı cəza GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi, "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Harutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

"Kanal14.az"ın məlumatına görə, Arayikə qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Arayik Harutyunyanı hansı cəza gözləyir?

- Maddə 100 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 117 (Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə) 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır
- Maddə 120 (Qəsdən adam öldürmə) 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 214 (Terrorçuluq) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 214-1 (Terrorçuluğu maliyyələşdirmə) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 214-2 (Terrorçuluğa açıq çağırışlar) 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 218 (Cinayətkar birlik (təşkilat) yaratma) 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
- Maddə 279 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.