Gündəm / Siyasət / Dünya

XİN başçılarının müavinləri İstanbulda toplaşır

XİN başçılarının müavinləri İstanbulda toplaşır

Sabah İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçiriləcək.

"Kanal14.az" ​​​​​​xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məsləhətləşmələr zamanı Qazaxıstanın ev sahibliyi edəcəyi 10-cu TDT Sammitinə hazırlıq, təşkilatın gündəliyindəki əməkdaşlıq və onun gücləndirilməsi ilə bağlı məsələlər, Türk Dünyası ilə bağlı aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.