Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Dünya

Səfirliyimizdə terror törədən şəxs ölüm cəzasına məhkum edilib? - RƏSMİ AÇIQLAMA

Səfirliyimizdə terror törədən şəxs ölüm cəzasına məhkum edilib? - RƏSMİ AÇIQLAMA

Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə ədalətli hökmü çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir.