Gündəm / Cəmiyyət

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

"Kanal14.az"ın əldə etdiyi məlumata görə, Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir.

Bu, "Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.//siam