Gündəm / Cəmiyyət

Gəncədə bələdiyyələrin ərazisi dəyişir

Gəncədə bələdiyyələrin ərazisi dəyişir

Azərbaycanda bələdiyyələrin siyahısına dəyişiklik edilir.

"Kanal14.az" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Dəyişikliklə, Kəpəz və Nizami bələdiyyələrinin əhatə etdiyi ərazi dəyişir. Belə ki, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilər - Cavadxan, Məshəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi olacaq. Nizami Bələdiyyəsinin əhatə etdiyi ərazilər - Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi hesab olunacaq.

Qüvvədə olan qanuna görə Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazilərə Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazilərə isə Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi aiddir.