Gündəm / Siyasət / Cəmiyyət / Dünya

"Biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?" - Erməni jurnalist


"Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və hazırkı vəziyyətə görə özləri günahkardırlar". 

"Kanal14.az" xəbər verir ki, bu barədə erməni jurnalist Lilit Kostanyan öz "Facebook" səhifəsində yazıb.  

"Əsrlər boyu bir problemi o qədər sevmişik ki, o, fəlakətə çevrilib və oturub ağlayıb,qəsidələr yazıb, qəmli mahnılar bəstələyib, inildəyib, faciələrimizdən biznes qurub, sonra bütün dünyanı günahlandırıb bizə kömək etmədiklərini deyirik.  Amma heç vaxt etiraf etməmişik ki, dünya ilə necə düzgün "dostluq” quracağımızı bilmirik, biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik, və beləcə davam edəcək. Amma heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik. Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik? Ola bilsin ki, Tanrı bizi hələ də nadir bir nümunə kimi qoruyub saxlayır", -  Lilit Kostanyan qeyd edib.