Gündəm / Cəmiyyət / Sosial

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

Kanal14.az: - İşləyən əlillərin bu hüquqları praktikada necə həyata keçirilir, onların qısaldılmış iş rejiminə idarə və müəssisələrdə əməl olunurmu?

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə:İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti və s. hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Əlillər üçün ısaldılmış iş vaxtının müddəti də: həftə ərzində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, əmək haqqı tam iş vaxtı üçün ödəməklə-36 saatdan çox olmamalıdlr.

Əmək Məcəlləsinə əsasən, əlillərin bir həftə ərzində - 36 saatdan çox işlədilməsinə yol verilmir, əgər Əmək Məcəlləsinin bu tələbləri pozulmaqla işləyiblərsə, 36 saatdan çox olan saatlar üçün əmək haqqı - ikiqat məbləğdə ödənilməlidir.

Əlilliyi olan şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və sair təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.//dia.az