Gündəm / Siyasət / Cəmiyyət

Rusiyanın TIR-ı Ağdam-Xankəndi yolu ilə mənzil başına çatıb

Rusiyanın TIR-ı Ağdam-Xankəndi yolu ilə mənzil başına çatıb

Rusiyanın Qarabağda yaşayan ermənilərə göndərdiyi humanitar yardım artıq Xankəndi şəhərindədir.

"Kanal14.az" xəbər verir ki, bu barədə separatçı rejimin nümayəndələri bildirib.

Qeyd edək ki, yük maşını Rusiya Qırmızı Xaç Cəmiyyəti və həmin təşkilatın avtomobilləri ilə Ağdamdan keçərək Xankəndinə çatıb.

Azərbaycanın göndərdiyi humanitar yardım isə hələ də Ağdam-Xankəndi yolunun başlanğıcında gözləyir.