Gündəm / Siyasət

Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Humanitar karvan 5 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

"Kanal14.az” xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.