Gündəm / Cəmiyyət / Sosial

Hakim kürsüsünə gedən "ASAN" yol - Hələ çox şeylər görəcəyik...

Hakim kürsüsünə gedən

Ötən həftə Medianın İnkişafı (əleyhinə) Agentliyi ilə "DogruXeber.az" MMC arasında davam edən məhkəmə çəkişmələri barəsində məlumat vermişdik. Və 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Orxan Həsənovun 6 aydan sonra, nəhayət qərar qəbul etmək məcburiyyətində qaldığı üçün, güya müşavirədən sonra qərar verəcəyi bəhanəsilə bizi evimizə göndərib, arxamca tərəfimizdən qaldırılan iddianın təmin edilməməsi barədə qərar qəbul etdiyini də diqqətinizə çatdırmışdıq.

Azərbaycan Hakimiyyəti bu ayrıseçkilik prinsiplərini nəvaxta qədər davam etdirəcək?

6 ayda hərəsi elə-belə hal-əhval tutmağa sərf edilən vaxt daxil olmaqla ümumilikdə 15-20 dəqiqə keçirilən və 4 dəfə təşkil olunan məhkəmə proseslərinə "bu baxış məhkəməsi idi" deyib, bizi yola verən gənc oğlanın barəsində ətraflı araşdırmalar aparmağı özümüzə borc bildik.

Hakim kürsüsündə oturan və hər kəlməsindən, hər davranışından təcrübəsizliyi diqqət çəkən bu gənc oğlan Orxan Həsənovun o kürsüyə oturdulmasının hələ 3 ili belə tamam olmayıb. Amma, gəl sən müstəqil mediada onun barəsindəki şikayətlərin sayına bax...

Maraqlıdır ki, yazılan məlumatların hamısında birinci növbədə müəllif də, şikayətçi də Orxan Həsənovun təcrübəsizliyindən gileylənir. Amma, maraqlıdır ki, bu təcrübəsiz gəncin verdiyi qərarların heç biri sıravi vətəndaşın, hətta müharibə əlilinin belə xeyrinə olmayıb.

Bu isə onu deməyə əsas verir ki, hakim kürsüsündə oturdulan bu gəncin "pultu başqa əllərdədir".

Onun, hardan-hara gəldiyinə nəzər saldıqda, təcrübəsiz olmasını"təbii qəbul etmək " olar, amma bu adam, görünür təcrübə yığmaq üçün heç cəhd də eləməyib.

Halbuki, iki il yarım müddətində hətta , "tutuquşuna şeir öyrətmək" belə olardı.

Əlqərəz...

Asan xidmətdən birbaşa hakim kürsüsünə "sehirli keçid"in özü də onun barəsində müəyyən şübhələr doğurur.

Hakim kürsüsündə əyləşən Orxan Həsənovun barəsində internet üzərində heç bir məlumat - hətta, vikipediyası belə yoxdur.

Bəs bizim hüquqlarımızı bərpa etmək həvalə edilən bu adamın təhsili nədir?

Dövlətin o boyda məsuliyyətli vəzifəsini daşıyan bu gənc hərbi xidmətdə olubmu?
Olubsa harda necə qulluq edib?

2020-ildə elan edilən hərbi səfərbərliyə "yaşı düşmürdümü"?

Ümumiyyətlə, internet üzərindən Orxan Həsənov yazanda, başdan birinci Vikipediyası çıxan, canı ilə vətənə borc ödəyən şəhid Orxan Həsənov kimi, o da vətən borcunu veribmi?

Dəyərli izləyicilərimiz, biz bu mövzulara elə-belə toxunmadıq.
Çox maraqlı məlumatların izi ilə araşdırmalarımızi davam etdiririk.

Bizi izləyin və siz də xəbərdar olun ki, hüquqlarımızı bərpa etmək üçün təsis edilən o, vəzifəyə - hakim kürsüsünə kimlər, kimin "əzizləri", hansı yollarla əyləşdirilir.

Ümumiyyətlə, "DogruXeber.az" informasiya portalı, xalq olaraq taleyimizla "cilingağac oynayan" məmurların tanımadığınız tərəflərini tanıtmaq üçün bir yola çıxdı...

Diqqətiniz bizdə olsun.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az