Gündəm / Siyasət

XİN başçıları tarixdə ilk dəfə görüşdü

XİN başçıları tarixdə ilk dəfə görüşdü

Ötən həftə İsrail və Liviyanın xarici işlər nazirləri Eli Koen və Nəcla Manquş arasında görüş keçirilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə AP agentliyi İsrail Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Görüş İtaliyada keçirilib. Bildirilir ki, bu, iki ölkənin xarici işlər nazirləri arasında ilk görüşdür. Romadakı görüş İtaliyanın xarici işlər naziri Antonio Tajaninin vasitəçiliyi ilə keçirilib.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, Liviyanın keçmiş yəhudi icmasının irsinin qorunub saxlanması, o cümlədən sinaqoqların və qəbiristanlıqların yenidən qurulması müzakirə olunub. Danışıqlar, həmçinin humanitar məsələlər, kənd təsərrüfatı və su idarəçiliyində İsrailin mümkün yardımını əhatə edib.

"Mən xarici işlər naziri ilə iki ölkə arasında əlaqələrin böyük potensialı haqqında danışdım”, - deyə Koen bəyanatında bildirib. Liviya tərəfdən heç bir açıqlama verilməyib.

Qeyd edək ki,  Liviya İsrailin müstəqilliyini tanımır.