Gündəm / Siyasət

AZ QALIB: Ermənilər Qarabağı boşaldacaq... - ŞƏKKSİZDİR...

AZ QALIB: Ermənilər Qarabağı boşaldacaq... - ŞƏKKSİZDİR...

Kanal14.az: - Separatçıların lideri Araik Arutunyan müqavimət güclərinin azaldığını anlayır. Onun yeni hiyləsi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanın hökumət təmsilçiləri ilə növbəti dəfə Xocalıda görüşün təşkilidir. Arutunyan bu məqsədlə "dövlət naziri” Qurgen Nersisyanı qabağa verib. Separatçıların "dövlət naziri” Azərbaycan hökumətinin təmsilçiləri ilə görüşmək istədiklərini açıqlayıb. Görüş istəsələr də azərbaycanlılarla üzbəüz qalmaqdan qorxurlar, tələb edirlər ki, masada ya Rusiya, ya da hansısa qeyri-müəyyən üçüncü tərəf otursun. Bu Azərbaycanın maraqlarına cavab vermir. Üçüncü tərəfin iştirakıyla görüşə razılaşmaq məsələni beynəlliləşdirmək deməkdir. Havalar soyumağa başladıqca vəziyyətləri daha da ağırlaşacaq və onda vasitəçisiz görüşməkdən başqa alternativləri qalmayacaq, ya da sürətlə Qarabağı boşaltmağa başlayacaqlar.
Elxan Şahinoğlu - Dia.az