Gündəm / Siyasət / Dünya

"İndi diplomatiyanın vaxtı deyil" - Makron Qarabağdan danışdı


Fransa Respublikasının Prezidenti Emmanuel Makron Fransanın "Le Point” jurnalına müsahibəsində Qarabağla bağlı danışıb. 

"Kanal14.az" xəbər verir ki, bu barədə Fransanın Qarabağ məsələsində rolunu vurğulayıb.

"Diplomatiyamız aydındır, amma indi diplomatiyanın vaxtı deyil. Biz həmişə demişik ki, xalqların suverenliyinin yanındayıq. Qarabağ məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm.

Fransa 2020-ci il müharibəsini açıq şəkildə pisləyib və bir çox humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına, xalqların və mədəniyyətlərin qorunmasına imkan verəcək sazişin tapılması üçün mümkün olan hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır", - deyə Makron qeyd edib.