Gündəm / Siyasət / Dünya

Putin Təhlükəsizlik Şurasını topladı

Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvlərinin iclasını keçirir.

"Kanal14.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Videokonfrans vasitəsilə baş tutan iclasda dövlət başçısı ilə yanaşı, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də iştirak ediblər. İclasa həmçinin prezident administrasiyasının rəhbəri Anton Vayno və müdafiə naziri Sergey Şoyqu da qatılıb.

Müzakirə mövzularından biri xaricdə yaşayan və ya qalan Rusiya vətəndaşlarına dəstək məsələsidir. Digər mövzular isə açıqlanmayıb.