Gündəm / Siyasət

Azərbaycan vətəndaşı Ermənistanda sığınacaq istəyir? - İrəvanın böyük yalanı

Azərbaycan vətəndaşı Ermənistanda sığınacaq istəyir? - İrəvanın böyük yalanı

Ermənistandan ən çox sığınacaq istəyən İraq vətəndaşlarıdır, bu il onların sayı 131 nəfər olub.

İkinci yerdə Ukrayna vətəndaşlarıdır. Son 6 ayda 115 nəfər. Üçüncü yerdə İran vətəndaşlarıdır - 40 nəfər.

"Kanal14.az" Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə "Joqovurd” Milli Statistika Komitəsinin məlumatına istinadən yazır.

"Bizi təəccübləndirən odur ki, Rusiya bu sırada 6-cı yerdədir, son 6 ayda Rusiya vətəndaşları arasından yalnız 18 nəfər sığınacaq üçün müraciət edib.

Müəyyən mənada bu, təəccüblü deyil, çünki ruslar üçün Ermənistan indi xaricdən maliyyə resursları almaq kanalıdır. Onların çoxu vətəndaş olur, amma ya burada qalır, ya da erməni pasportu ilə başqa ölkəyə gedir, çünki biz ermənilər bir çox dövlətlərə giriş vizası olmadan gedə bilirik”,-deyə qəzet yazır.

Komitə Nigeriya, İsrail, TacikistanMərakeş, Türkiyə və digər ölkələrin vətəndaşları da Ermənistandan sığınacaq üçün müraciət etdiyini bildirib. Hətta bu siyahıda Azərbaycanın da adı çəkilir. Ancaq bu barədə ətraflı məlumat verilmir.