Gündəm / Siyasət / Dünya

BMT-nin Malidəki sülhməramlı missiyası ölkəni tərk edir

BMT-nin Malidəki sülhməramlı missiyası ölkəni tərk edir

Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Malidəki sülhməramlı missiyası (MINUSMA) təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Qərbi Afrika ölkəsinin şimalındakı Ber qəsəbəsindən planlaşdırılan geri çəkilmə prosesini sürətləndirdiyini açıqlayıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Nəşr qeyd edir ki, son bir neçə gün ərzində Azawad Hərəkatlarının Koordinasiyası (CMA) adlı üsyançı alyans Marl ordusunu Ber yaxınlığında yerləşən qüvvələrinə hücum edərək atəşkəsi pozmaqda ittiham edib.

BMT missiyası bütün maraqlı tərəfləri vəziyyəti çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırdıqlarını vurğulayıb.

Bundan əvvəl Malinin milli mülki aviasiya agentliyi Air France-ın Paris və ölkənin paytaxtı Bamako arasında uçuşlar həyata keçirmək üçün lisenziyasını ləğv etmişdi .