Gündəm / İqtisadiyyat

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

"Kanal14.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,21 ABŞ dolları və ya 0,23% artaraq 91,4 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, 2022-ci ildə "Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.