Gündəm / İqtisadiyyat / Dünya

Nazirdən sabiq icra başçısının oğlu ilə bağlı ƏMR - FOTO

Nazirdən sabiq icra başçısının oğlu ilə bağlı ƏMR - FOTO

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam rayonu İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib.

"Kanal14.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, Sahil Babayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib.

Nazirdən sabiq icra başçısının oğlu ilə bağlı ƏMR - FOTO

Nazirin digər əmri ilə Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri Bayramov Əbdül Yaşar oğlu vəzifəsindən azad edilib və Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri təyin olunub.