Gündəm / Siyasət / Dünya

Vaşinqton Pakistanın baş naziri İmran Xanı vəzifəsindən uzaqlaşdırmaq istəyirdi

Vaşinqton Pakistanın baş naziri İmran Xanı vəzifəsindən uzaqlaşdırmaq istəyirdi

ABŞ Dövlət Departamenti ötən ilin martında Pakistan hakimiyyətinə təzyiq edərək , onları ölkənin baş naziri İmran Xanı vəzifəsindən uzaqlaşdırmağa çağırıb .

"Kanal14.az" xəbər verir ki, bu barədə Pakistanın gizli hökumət sənədinə istinadən Intercept portalı məlumat yayıb .

Məlumatlara görə, 2022-ci il martın 7-də Pakistanın ABŞ-dakı o zamankı səfiri Əsəd Məcid Xan Vaşinqtonda dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lui ilə görüşüb. Orada amerikalılar Pakistanın Ukraynadakı münaqişə ilə bağlı "aqressiv neytral" mövqeyindən narazı olduqlarını bildiriblər . Dövlət Departamentinin rəsmiləri İmran Xanın vəzifədə qalacağı təqdirdə Pakistanı beynəlxalq səviyyədə təcrid edəcəkləri ilə hədələyib və onun vəzifəsindən kənarlaşdırılmasından sonra iki ölkə arasında münasibətlərin dərhal yaxşılaşacağını bildiriblər.

Bu Intercept nəşri ilə əlaqədar olaraq Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə ABŞ-ın Pakistanın daxili işlərinə müdaxiləsi ilə bağlı sual verib. Miller "özəl diplomatik əlaqələr" adlandırdığı şeyləri şərh etməkdən imtina edib. O vurğulayıb ki, Vaşinqtonun Pakistanın daxili işlərinə qarışması ilə bağlı bütün bəyanatlar yalandır.