Xəbər verdiyimiz kimi, Pakistanın keçmiş Baş naziri İmran Xanın avtomobil karvanına atəş açılıb. 

"Kanal14.az" "The Guardian"a istinadən xəbər verir ki, ölkənin şərqində baş verən sui-qəsd nəticəsində siyasətçi ayağından yaralanıb. 

Məlumata görə, hazırda onun həyati təhlükəsi yoxdur. 

Qeyd olunub ki, Xan növbədənkənar seçkilər tələbi ilə İslamabadda etiraz yürüşünə rəhbərlik edirdi.