Gündəm / Cəmiyyət

Mürsəl İbrahimov 2 generalı İŞDƏN ÇIXARDI

 Mürsəl İbrahimov 2 generalı İŞDƏN ÇIXARDI

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov,  Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik  Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev  və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev tutduğu vəzifədən azad olunublar.


"Kanal14.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Xidmət rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, onlar Xidmət rəisinin sərəncamına götürülüb.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov saytımıza açıqlamasında bildirib ki, sözügedən idarələr ləğv olunmayıb.