Gündəm / Cəmiyyət

"Texnomart" və "Optimal" Vasif Talıbovdan alındı


Kanal14.az: - "Texnomart" və "Optimal" Vasif Talıbovdan alındı Azərbaycanda məişət və elektronika cihazlarının satışı ilə məşğul olan iki nəhən dükanlar şəbəkəsi fəaliyyətini dayandırıb. Azərbaycanın bir sıra regionlarında da dükanları olan "Texnomart" və "Optimal" şirkətlər qrupu artıq fəaliyyətini məhdudlaşdırmağa və bağlanmağa başlaylb. Hər iki dükanlar şəbəkəsi hazırda stoklarındakı məhsulların iri satıcılara satmaqla məşğuldur. Eyni zamanda yalnız operatov və hüquq şöbələri fəaliyyətini dayandıran şirkətlər kredit borclarına görə yığımları həyata keçirməklə məşğuldurlar.

Gundeminfo.az-a daxil olan məlumata əsasən "Optimal" dükanlar şəbəkəsi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov işindən uzallaşdırandan dərhal sonra, "Texnomart" isə bir neçə həftə sonra fəaliyyətini dayandırıb.

Saytımıza verilən məlumatlar əsasən hər iki şirkət Talıbovların ailə üzvlərinə və onların yaxın adamlarına məxsus olub. Hər iki dükanlar şəbəkəsində məhz Vasif Talıbovun oğuulları tərəfindən yatırım edildiyi, eyni zamanda himayə olunduğy deyilir.

Vasif Talıbovun vəzifəsindən azad edilməsindən dərhal sonra isə şirkətlər bazarı tərk etməyə başlayıb. Hələlik "Texnomart"ın bazarı hansı səbəblərdən tərk etməsinə dair heç bir rəsmi açıqlama yoxdur.