Gündəm / Cəmiyyət

Penitensiar Xidmətin yeni rəisi məşhur “Univermaq Zaman”ın bacısı oğludur… - "Çox qüdrətli iş adamı olmaqla yanaşı..."

Penitensiar Xidmətin yeni rəisi məşhur

Kanal14.az: - Adətən bizim KİV-lər yüksək vəzifəyə yeni təyin olunan şəxslə bağlı operativ olaraq "filankəs kimdir?” başlıqlı yazılar tirajlayırlar. Nədənsə, belə məlumatlar, ancaq internetdəki rəsmi qaynaqlara əsaslanaraq təqdim olunur. Xalqın yeni vəzifəli şəxslə bağlı bilməli olduğu ən maraqlı məqamlara işıq salınmır. Bu gün Penitensiar Xidmətə yeni rəis təyin olunan Mirsaleh Seyidovla bağlı da anoloji hala rast gəldim.

Mirsaleh Seyidovun kimliyi ilə bağlı vacib olan bir məqamı xatırlatmaq istərdim. Əslən Qərbi Azərbaycandan olan bu şəxsin karyera yüksəlişində mühüm rolu onun dayısı- Zaman İsgəndərov oynayıb. Hamının Sumqayıtda "Univermaq Zaman” kimi tanıdığı Zaman İsgəndərov çox qüdrətli iş adamı olmaqla yanaşı, həm də mərhum Prezident Heydər Əliyevlə yaxın münasibətlərə malik olub. Mirsaleh Seyidov da Sumqayıtda doğulub və orada böyüyüb.
Məhəmmədəli Qəribli - DİA.AZ