Gündəm / Cəmiyyət

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.

"Kanal14.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin olunub.