Gündəm / Cəmiyyət / Hadisə

Xızıda dağlıq-meşəlik ərazi yanır

Xızıda dağlıq-meşəlik ərazi yanır

Xızıda dağlıq-meşəlik ərazi yanır.

Bu barədə "Kanal14.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112” qaynar xəttinə rayonun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir", - məlumatda qeyd edilib.