Tanınmış azərbaycanlı alpinist İsrafil Aşurlı Pakistanda dağın zirvəsində alpinisti xilas edib.

"Kanal14.az" xəbər verir ki, o, Himalay silsiləsindəki Nanqa – Parbat zirvəsinə (8126 metr hündürlüklə dünyanın 9-cu ən hündür zirvəsi) səfər edərkən 7300 metr hündürlükdə ölüm təhlükəsi qarşısında köməksiz vəziyyətdə qalmış alpinistlə rastlaşıb.

Aşurlu müvəqqəti olaraq görmə qabiliyyətini itirmiş pakistanlı alpinist Asif Bhattini xilas edib və onun düşərgəyə enməsinə köməklik göstərib.