Gündəm / Siyasət

Sülh müqaviləsi nə zaman imzalana bilər?

Sülh müqaviləsi nə zaman imzalana bilər?

"Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Gürcüstan və Ermənistan təmsilçilərinin iştirak etdiyi paneldə çıxışım zamanı ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində əldə ediləcək sülhün regiona dividentlər gətirəcəyini xüsusi vurğuladım".

"Kanal14.az" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki,Niderland Krallığının Haaqa şəhərində təşəkil edilən "Cənubi Qafqaz və Avropa İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransda müzakirələr zamanı gəldiyi qənaət ondan ibarətdir ki, Vətən müharibəsindən sonra tərəflər sülhə doğru irəliləyişlərə nail olsalar da, dayanıqlı sülhün əldə edilməsi zaman tələb edəcək.

"Təəssüf ki, hələ də Ermənistanda revanşist meyilli qruplar var və bu da sülhə əsas təhdidlərdəndir. Doğrudur, son olaylar göstərir ki, Azərbaycan Ordusu güclüdür və istənilən təxribata cavab vermək iqtidarındadır. Avropa İttifaqi Brüssel formatı çərçivəsində regionda sülhün daha tez əldə edilməsində maraqlıdır. Amma, regionda sülhə təhdid olan Fransanın konstruktiv olmayan fəaliyyəti də diqqətdən qaçmamalıdır. Bununla yanaşı, Avropa Komissiyası Qafqazda daha tez sülhün əldə edilməsinə dəstək olmağa çalışır. 

Sülh müqaviləsi ilə bağlı müzakirələrin növbəti mərhələdə daha da intensivləşəcəyi gözlənilir. Bütövlükdə, müzakirələr göstərirdi ki, fikir ayrılıqlarına baxmayaraq, Qafqaz heç zaman sülhə bu qədər yaxın olmayıb".