Gündəm / Siyasət / İqtisadiyyat

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 6,4 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 6,4 milyon manat ayırıb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Zərdab rayonunda avtomobil yolunun tikintisinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

Sənədə əsasən, 4 min adamın yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Ağabağı-Kəndəbil-Şıxbağı-Nəzəralı avtomobil magistralının çəkilməsinə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin Ehtiyat Fondundan 6,4 milyon manat (3,8 milyon dollar) ayrılacaq.

İşlərin yerinə yetirilməsi üçün vəsait Dövlət Avtomobil Yolları Agentliyinə veriləcək.