Litva prezidenti Gitanas Nauseda iyunun 28-də Kiyevə gözlənilməz səfər edib. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Zelenski ilə görüşdə Gitanas Nauseda NATO-nun 11-12 iyulda Vilnüsdə keçiriləcək sammitinin gündəliyini müzakirə edəcək. Liderlər həmçinin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar, Litva və Avropa İttifaqının yardımı məsələsinə diqqət yetirəcəklər.

Qeyd olunub ki, Litva Ukrayna üçün iki NASAMS hava hücumundan müdafiə sistemi alıb.