Gündəm / İqtisadiyyat

835 min manatlıq tender "Azərtans" şirkətinə verildi

835 min manatlıq tender

Ağcabədi Suvarma Sistemləri İdarəsi "Azərtans" MMC (VÖEN: 4200338081) ilə satınalma müqaviləsi imzalanıb.

"Kanal14.az" FED.az-a istinadən xəbər verir ki, həmin müqavilədə subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonun qazılması, elektrik təsərrüfatlarının təmiri, su sayğaclarının quraşdırılması və abadlıq işləri) nəzərdə tutulur.

Qalib şirkətə 835 min manat ödəniləcək.