Gündəm / Cəmiyyət

"Union Kredit BOKT” qanunları pozub


"Union Kredit BOKT” ASC barəsində informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan (Statistik məlumatların verilməsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib edilib.

"Kanal14.az" xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə iddası ilə irəli sürülüb.Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.

Xatırladaq ki, "Union Kredit BOKT" ASC 30.03.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 451 800 manatdır. Qanuni təmsilçisi Nicat Həmidov Rauf oğludur. Hüquqi ünvanı Az1007, Bakı şəhəri, Nəsimi Rayonu, Qulu Quliyev, ev 41-də yerləşir.//dia.az