Gündəm / Cəmiyyət / Video

Göyçayın icra başçısı SAKİNLƏRƏ QARŞI... - VİDEOMÜRACİƏT

Göyçayın icra başçısı SAKİNLƏRƏ QARŞI... - VİDEOMÜRACİƏT

Kanal14.az: - Göyçay Çayının ətrafında yaşayan çarəsiz sakinlər ölkə rəhbəri cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirlər. Bu barədə DİA.AZ-a daxil olan müraviətdə deyilir.

Müraciət müəllifləri daha sonra yazır:

"Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin göstərişi ilə rayon ərazisindən keçən Göyçay Çayının ətrafında yaşayan sakinlərin evləri zorla sökülür. Məhkəmə qərarı olmadan və sakinlərə dəymiş ziyan ödənilmədən sökülən mülklərdə "park" salınması nəzərdə tutulur.

Halbuki, vətəndaşların bildirdiyi kimi, əvvəllər bu yerlər zibilxanalıqlar olub, lakin orada məskunlaşan insanlar öz vəsaiti hesabına yola çınqıl daşlar tökdürüb səhmana salıblar. Banklardan kredit götürməklə borc-xərc edib ev tikiblər, yaşıllıq salıblar.

İndi isə Göyçay Rayon İcra Hakimiyyəti insanların əzab-əziyyətlərlə mülkləri özününküləşdirmək istəyir".

Çarəsiz vəziyyətdə olan insanlar videomüraciət edərək mətbuat vasitəsilə ölkə başçısından və birinci vitse-prezidentən kömək istəyirlər.

Daha ətraflı aşağıdakı videoda: