Gündəm / Cəmiyyət / Sosial

Məcnun Məmmədov sabiq nazirin izlərini siləcəkmi? - İDDİA

Məcnun Məmmədov sabiq nazirin izlərini siləcəkmi? - İDDİA

Yenicə təyin edilmiş Kənd Təsərrufatı naziri Məcnun Məmmədov kürsüsünə oturar-oturmaz xalqın çoxsaylı narazı sakinləri hərəsi böyük ümidlə əlinə bir şikayət ərizəsi alıb "axışıblar üstünə".

Qeyd edək ki, milyonlarla vətəndaş narazılığı sabiq nazir - hazırkı hakim İnam Kərimovun "əsərləri"dir.

Gözləyək görək Məcnun Məmmədov ona olan ümidləri nə dərəcədə doğruldacaq.

Yeri gəlmişkən, Məcnun Məmmədova ünvanlanan və bir nüsxəsi də "DogruXeber.az" redaksiyasına göndərilən daha bir vətəndaş müraciətini təqdim edirik:

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova
Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi - Zərdab Rayonu Dəkkəoba kənd sakini Əhmədov Şəmsi Fazəddin oğlu tərəfindən

Ərizə

Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan Azəraqrar MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq, elə bir halın olmadığını bildirib.
Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar , 700 hektar ,600 hektar ,400 hektar əkin üçün subsidiya ayrılb.
sənədlərin surətini təqdim edirəm.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar" MMC -nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da 2020-ci ildə 550 hektar (bəyan nömrələri 1220788,884565,884534,884516) ,2021-ci ildə 700 hektar (bəyan nömrələri 2550646,2470891,2116741,,2071194,) əkin bəyan edərək, subsidiya alıb. Bu illər ərzində həmin ərazidə "Azəraqrar" MMC-nin pambıq əkini 550 hektar olub. Azəraqrar hər iki ildə tədarük məntəqələrinə 1 kq olsun məhsul təhvili barədə məlumat yoxdur. Amma, "Azəraqrar" MMC- min ərazişində müqavilə ilə icarə əsasında hər hektarı 100 manata pambıq əkən "P-AQRO" MMC-nin aqronomu Azər Teymurovun məhsuldarlığı hər hektardan 55 sentner olub. "Azəraqrar" MMC-nin 100 hektar icarə ilə yer verdiyi "P-AQRO" MMC-nin direktorunun qardaşı Namiz Həsənov isə 440 ton pambıq verib. Həmin ərazidə orta məhsuldarlıq 50 sentner olduğunu nəzərə alsaq, "Azəraqrar" MMC-nin istehsal etdiyi xam pambıq 2700 ton olmuşdur. "P-AQRO" MMC-nin Ucarda emal zavodunun olduğunu bilməyən yoxdur. Əgər həmin pambıq orada emal olunub satilibsa, bu 2700000 (iki milyon yeddi yüz min) dollar və ya 4.6 milyon manat emaldan əldə olan lifin pulu edir. Bu məsələyə niyə baxan yoxdur. Örüş torpaqlarında əkilən pambıqlara əkin subsidiyası Kənd Təsərrüfatı Nazirliyinin vəsadəti və adlı siyahısı ilə nazirlər KABİNETİ tərəfindən ayrılır. Bu örüş torpaqlarında əkilən pambıq sahələrinə KTN və AKİA birbaşa Nazirlər Kabinetinin icazəsi olmadan subsidiya ayırıb. O, cümlədən öz proqramları Azər Teymurova da örüş sahəsinə birbaşa subsidiya ayrılıb.

Çox maraqlıdır ki, həmin bəyan olunmuş əkinlərə nə aqrokimyəvi analiz, nə də aqrar sığorta olmadan subsidiya verilib.
Bu məsələlərə aydınlıq gətirilməsini xahiş edirəm."


Yazıda qeyd edilən məlumatlarla bağlı aidiyyatı şəxslərin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Jalə Asiman