Gündəm / Cəmiyyət

Prezident kənd təsərrüfatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Kanal14.az Hurriyyet.org-a istinadən xəbər verir ki, fərmana əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına bitkiçilik və heyvandarlıq sahələri üzrə subsidiyaların ödənilməsi məqsədilə subsidiya məbləğləri köçürülən plastik kartların hazırlanması və göstərilən bank xidmətləri Agentliyin müvəkkil bankla razılaşdırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçiriləcək.