Gündəm / Cəmiyyət / Səhiyyə

Beyləqan xəstəxanası BAZARA ÇEVRİLİB - İTTİHAM VAR

Beyləqan xəstəxanası BAZARA ÇEVRİLİB - İTTİHAM VAR

Kanal14.az: - Beyləqan rayon Mərkəzi Xəstəxanası ilə bağlı "Azərbaycan Reallığı"na saytına daxil olan məlumata görə tibb müəsissəsində vəziyyət heçdə ürəkaçan deyil. Belə ki, xəstəxanada baş direktor tərəfindən nizam-intizam yaradılsada, Nürəngiz Bəşirovadan narazılıq durmadan artır.

Xanım Bəşirovadan narazılığın artmasına səbəb isə baş direktorun həkimləri, tibb bacılarını və dugər işçiləri şəxsi heyyətin qarşısında təhqir etməsi, müxtəlif ağır sözlərlə tənqid etməsi və hədələməsidir.

Saytımıza daxil olan məlumatda bildirilir ki, hazırda Beyləqan xəstəxanasına işə qəbul olunmaq üçün Nürəngiz Bəşirova tərəfindən qoyulan qiymət gün-gündən artırılır. Xanım Bəşirova ilə işə girənlər arasında vasitəçilik edənlər isə bunu onunla izah edirlər ki, TƏBİB rəhbərliyi xəstəxanaya ayrılan ştatlara görə qiyməti qaldırıb.

Beyləqanda xəstəxanasına təmziləyici kimi işə girməyin qiyməti 5 min, sürücü isə 9 min manatdan başlayır. Əldə etdiyimiz digər məlumatda isə qeyd edilir ki, Nürəngiz Bəşirova ilə keçmiş baş həkim Leylan Nəsirova arsında qalmaqal yaranıb. Belə ki, baş həkim vəzifəsinə təyin olunmaq üçün xanım Bəşirovaya 45 min manat pul verən Leylan Nəsirova həmin pulunu geri istəyir.

Buna səbəb isə Leylan Nəsirovanın cəmi 2 ay baş həkim işləməsidir. Məlumata görə Leylan Nəsirova baş həkim təyina olunandan 2 ay sonra Nürəngiz Bəşirova ilə işləyə bilməyəcəyini başa düşüb və bun görədə istefa ərizəsi yazıb. Baş həkim vəzifəsindən ayrıldıqdan sonra Leylan Nəsirova verdiyi 45 min manatın bir hissəsini Nürəngiz Bəşirovadan tələb edib.

Xanım Bəşirova isə ona 30 min manat verəcəyi vədi verib və yeni baş həkim təyin olunan Bayram Hacıyevdan 10 min manat alıb Leylan Nəsirovaya olan borcun bir hissəsini ödəyib. Məlumata görə Nürəngiz Bəşirovanın əlində kifayət qədər pullar olsada Leylan Nəsirovaya olan 20 min manat borcu qaytarmaq istəmir.

Əldə etdiyimiz məlumata görə Beyləqan və Xocavənd rayonlarında Nürəngiz Bəşirovanın adına qızıllı Nürəngiz adı qoyublar. Buna səbəb isə xanım Bəşirovanın hər ay çoxlu qızıl almasıdır. Bundan başqa Nürəngiz Bəşirovanın Bakı şəhərində oğluna əlavə bir neçə mənzil aldığıda deyilir. Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
https://www.azerbaycanrealligi.com/manet/9107-beyleqan-xestexanasinda-nurengiz-beshirova-ruzgari-xanim-bash-direktor-ishe-girmeyin-qiymetini-qaldirib.html
AZƏRBAYCANREALLIĞI.COM