Gündəm / Siyasət / Dünya

Qətər və Bəhreyn 2017-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etdiklərini elan etdilər

Qətər və Bəhreyn 2017-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etdiklərini elan etdilər

"Kanal14.az" Bəhreyn xəbər agentliyinə istinadən BNA xəbər verir ki, Qətər və Bəhreyn 2017-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Bu, Ər-Riyadda Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının Baş Katibliyinin mənzil-qərargahında Bəhreyn-Qətər Komitəsinin ikinci iclası zamanı baş verib.

"BMT Nizamnaməsinin prinsiplərinə və 1961-ci il Diplomatik Münasibətlərə dair Vyana Müqaviləsi müddəalarına uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin bərpası barədə qərar qəbul edilib”, - deyə agentliyin açıqlamasında bildirilir.

Bəhreyn digər Körfəz ölkələri ilə birlikdə 2017-ci ildə Dohanın terrorizmi dəstəkləməkdə ittiham edilməsi fonunda Qətərlə əlaqələri kəsib. 2021-ci ilin əvvəlində Qətərin qonşu ölkələri Səudiyyə Əl-Ulada keçirilən sammitdə Doha ilə barışıq və tədricən əvvəlki münasibətlər səviyyəsinə qayıtmaq barədə razılığa gəliblər. Bu müddət ərzində Qətər Səudiyyə Ərəbistanı ilə münasibətləri tam bərpa etdi, lakin yaxın vaxtlara qədər münasibətlərin pozulması zamanı Dohanın siyasətini ən sərt şəkildə tənqid edən Bəhreynlə yaxınlaşmağa getmək istəmədi. Son iki ildə Bəhreyn dəfələrlə Qətərə görüşlərə dəvət göndərib, o isə buna məhəl qoymayıb.

Kanal14.az
Kamal Əsgərov