Gündəm / Siyasət / Dünya

Əlaqələr yaxşılaşan İran BƏƏ-yə yeni səfir təyin edib

Əlaqələr yaxşılaşan İran BƏƏ-yə yeni səfir təyin edib

Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri Kaninin sözlərinə görə, İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

"Kanal14.az" "tasnim"ə istinadən xəbər verir ki, "İran BƏƏ-yə yeni səfir təyin edib, onun etimadnaməsinin inzibati proseduru demək olar ki, başa çatıb və o, yaxın vaxtlarda Əbu-Dabiyə gedəcək", - Baqeri Kani bildirib.

Bu açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün Əbu-Dabiyə səfəri zamanı verilib.

Səfər zamanı Şamxani BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan ilə görüşüb. Şamxani regionun üzləşdiyi problemlərin həllində düşmənçilik və fikir ayrılığına qarşı əməkdaşlıq və yaxınlaşmanın vacibliyini vurğuladı.

Səfər həmçinin İran və Səudiyyə Ərəbistanının iki ay ərzində səfirliklərini və diplomatik nümayəndəliklərini yenidən açmaq da daxil olmaqla diplomatik münasibətləri bərpa etmək qərarını elan etməsindən sonraya təsadüf edir. Qonşu ərəb dövlətləri iki regional güc arasında yaxınlaşmanı alqışlayıblar.

Kanal14.az
Ulduz Talıblı