Gündəm / Hadisə / Dünya

Qadın su basmış avtomobildə iki gün sağ qalıb

Qadın su basmış avtomobildə iki gün sağ qalıb

İtkin düşən qadın su basmış avtomobildə diri-diri tapılıb.

"Kanal14.az" "Theguardian.com"a istinadən xəbər verir ki, bu hadisə ABŞ-ın Texas ştatında baş verib.

Qeyd olunur ki, qadın aprelin 5-də yoxa çıxıb və elə həmin gün polis onu axtarışa verib. Aprelin 7-də balıqçılar sahildən 12 metr aralıda göldə su basmış qara yolsuzluq avtomobilini görüb və yerli şerifə zəng ediblər.

Bir müddət sonra şerif və xilasetmə qrupu gölə gəlib və onlar maşını sahilə çıxarmağa başlayıblar. Yolsuzluq avtomobilini yedəkləyən zaman salonda birinin hərəkət etdiyi məlum olub. Sonradan məlum oldu ki, aprelin 5-də yoxa çıxan qadındır.

Xilasedicilər qadını təhlükəsiz şəkildə avtomobildən çıxararaq həkimlərə təhvil veriblər. İndi onun həyatı təhlükədə deyil.

Kanal14.az
Anarə Muhəmməd