Gündəm / Dünya

Zelenski Ukrayna büdcəsinin müdafiə xərclərini 14,5 milyard dollar artırmaq qərarına gəlib

Zelenski Ukrayna büdcəsinin müdafiə xərclərini 14,5 milyard dollar artırmaq qərarına gəlib

"Kanal14.az" "pravda.com.ua"ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Ali Rada tərəfindən ölkə büdcəsinin müdafiə xərclərinin 14,5 milyard dollar artırılmasını nəzərdə tutan sənədi imzalayıb.

"2023-cü ilin büdcəsində rekord artıma prezident Zelenski imza atıb”, – deyə Jeleznyak Telegram kanalında yazıb və bu qərarın rəsmi olaraq aprelin 13-də qüvvəyə minəcəyini bildirib.

Bu pulun təxminən 10 milyard dolları Ukrayna nazirliyinin ehtiyaclarına yönəldiləcək, daha 2,6 milyard dolların isə Ukrayna Daxili İşlər Nazirliyinin sisteminin fəaliyyətinə xərclənməsi planlaşdırılır, qalan vəsait isə Ukrayna kəşfiyyatına veriləcək.

Kanal14.az
Kamal Əsgərov