Gündəm / Dünya

Tramp mülki məhkəmədə ifadə vermək üçün Nyu-Yorka qayıdacaq

Tramp mülki məhkəmədə ifadə vermək üçün Nyu-Yorka qayıdacaq

"Kanal14.az" ABC-yə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Nyu-Yorkun baş prokuroru Letisiya Ceymsin 250 milyon dollarlıq mülki iddiası ilə bağlı ifadə vermək üçün cümə axşamı yenidən Nyu Yorka gedəcəyi gözlənilir.

"Məsələ ilə tanış olan mənbələr ABC News-a bildiriblər ki, keçmiş prezident Donald Trampın Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin 250 milyon dollarlıq mülki fırıldaqçılıq iddiasında ikinci dəfə ifadə vermək üçün Nyu-Yorka qayıdacağı gözlənilir.

Ceyms 2022-ci ilin sentyabrında fırıldaqçılıq və təhrifat şübhəsi ilə Trampa, övladlarına və əlaqəli şirkətlərə qarşı 250 milyon dollarlıq iddia qaldırıb. Daha sonra Ceyms bildirib ki, təqsirləndirilən şəxslər, o cümlədən ABŞ-ın keçmiş prezidenti də bir neçə ştatın cinayət məcəlləsinin qanunlarını pozub, o cümlədən sənədləri saxtalaşdırmaq, yanlış maliyyə hesabatları təqdim etmək, sığorta fırıldaqlarında iştirak etmək, daha aşağı faizlə əmanət götürmək və daha az vergi ödəmək. İddiaya görə, bu cür saxtakarlıq və təhrif aktları "Trampın şəxsi sərvətini xeyli artırıb”.

Kanal14.az
Kamal Əsgərov