Gündəm / İqtisadiyyat / Foto

AQTA-nın yoxlama adı altında himayə etdiyi müəssisə "Ovçular Ət və Ət məhsulları" MMC

AQTA-nın yoxlama adı altında himayə etdiyi müəssisə

Kanal14.az: - Qida Təhlükəsizliyi Agentliyi mediada gedən tənqidlərin nəticəsi olaraq aprel ayının əvvəlində "Ovçular Ət və Ət Məhsulları" MMC-nin zavodunda yoxlamaya başlayıb. Yoxlamanın məqsədi mediada yayılan məsələlərə aydınlıq gətirməkdən çox qeyd edilən firma ilə AQTA-nın məmurlarının iş birliyinin olmamasını göstərmək idi. Lakin yayılan informasiya medianın iddialarını əsasız olmadığını meydana çıxardı.

Medianın araşdırmalarında şok detalların yayılmasına yenidən rəvac vermiş olan AQTA-nın bəyanatı oldu. AQTA aprelin əvvəli "Ovçular Ət və Ət Məhsulları" MMC-nin zavodunda apardığı yoxlamaların fevral ayında aparılmış kimi göstərdiyinin maddi subutları məhs elə öz informasiyalarında yer almaqdadır. Bəyanatın yayılma tarixi 06.04.2023-cü il tarixidir. Lakin yoxlamaların guya 17.02.2023-cü il tarixində aparıldığı göstərilməkdədir. Bununla AQTA məqalələrin yayılmasından əvvəl guya tədbir gördüyünü qismən olaraq subut etməyə çalışır. Bunu daxili məlumatlardan bilirik ki, MMC daxilində AQTA yoxlama aparıb lakin 3 gün sonra həqiqəti əks etdirməyən tarixli paylaşımları reallıqdan uzaq oldu.

Bir media qurumu olaraq AQTA-nın sədri Qoşqar Təhməzli xatırlatma edək ki, bizim iddiamızda sizin təşkilatınızın əməkdaşı ilə zavodun himayadarlıq münasibətlərinin olması var bunun əksin subut edəcək maddi subutlarla çıxış etməyiniz daha ədalətli yanaşma olardı. Axı Ölkə başçısının sizə göstərdiyi etimadı bu cür doğrutduğunuzu hesab edirsiz...?

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılmışdır. 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimidir:
- müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
- müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;
- ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;
- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;
- müvafiq sahənin inkişafını təmin edir.

AQTA-nın yoxlama adı altında himayə etdiyi müəssisə

Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı həmçinin, "Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb. Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək. Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin "1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər. Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair Nəticələr
"Səhliyalı" Kiçik Müəssisəsi,
"Səhliyalı" yarım hisə verilmiş "Servelat" kolbasası 10.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Rəhimovların Ailə Təsərrüfatı
"Kəndli" bişirilmiş hisə verilmiş kolbasa 22.02.2023 Tarixində Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

"Sevilən Ad" MMC
"Dilim-Dilim" bişmiş "Lyubitelskaya" kolbasası 21.02.2023 Tarixində Təhlükəsizlik
göstəricilərində uyğunsuzluq aşkarlanıb
"Əsl Dad" bişmiş "Toyuq" kolbasası 10.02.2023
"Əsl Dad" bişmiş "Doktorskaya" kolbasası 20.02.2023 Tarixində

"Mir 2016" MMC

"Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasası 04.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"M&T" Ltd firması

"Sevimli Dad" əla növ südlü sosiska 05.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"Səhliyalı" Kiçik Müəssisəsi

"Halal 5+" "Sacüstü" halal sosiska 04.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"Ovçular Ət və Ət Məhsulları" MMC

"Ovçular" "Külləmə" halal sosiska 17.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb.

HAŞİƏ:AQTA-nın fevral ayında bəzi müəsisələrdə apardığı yoxlamalara nəticələri elan edilib. Beləki cəmiyyətdə böyük nüfuz sahibi olan şirkətlərin bəzi məhsullarında neqativ halların müəyyən edilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin şirkətlərin hər birini sizə təqdim edirik. Təqdimatdan öncədə bildirək ki hər bir yoxlama kvartal olaraq aparıldığından "Ovçular Ət və Ət Məhsulları" MMC-nin yoxlama müddəti ya mart ayı yada aprelin əvvəlki günlərinə təsadüf etməli idi. Necə oldu heç bir aidiyyatı olmadan 06.04.2023-cü il tarixində agentlik "Ovçular Ət və Ət Məhsulları" MMC-nin yoxlaması ilə bağlı mənasız heç anlaşılmayan açıqlama ilə çıxış etdi. Bu çıxışın məqsədini agentliyin rəhbəri görən sorğuladımı? Əslində yox çünki Qoşqar Təhməzli hər şeydən bloklanıb informasiya axının qarşısı alındığından sədrin məlumatsız qalması təbiidir. Axı buna səbəb əməkdaşın MMC ilə işbirliyidir...

Məsələyə yenidən qayııdacağıq. Qarşı tərəflərin mövqe bildirmə haqqları var. Hələki araşdırmamız davam edir.//ulutv.info