Gündəm / Dünya

Ər-Riyad Suriyanı Ərəb Liqasına qaytarmaq niyyətindədir

Ər-Riyad Suriyanı Ərəb Liqasına qaytarmaq niyyətindədir

"Kanal14.az" Bloomberg-ə istinadən yazır ki, Səudiyyə Ərəbistanı yaxın gələcəkdə Suriyanı rəsmi olaraq Ərəb Liqasına (LAS) qaytarmaq üçün səylər göstərir ki, bu da "İran və Rusiyanın qələbəsi olacaq”.

Agentliyin məlumatına görə, Suriyanın üzvlüyü may ayının ortalarında bərpa oluna bilər. Qeyd olunur ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "səltənəti ərəb dünyasının şəksiz siyasi və iqtisadi lideri etməyə çalışır”.

Ər-Riyad indi İranla keçən ay gözlənilmədən yenidən əlaqələrin açılmasından sonra regional münaqişələri sakitləşdirmək təşəbbüslərində ön sıralarda olmaq istəyir.

Bloomberg vurğulayır ki, Suriyanın Ərəb Liqasında bərpası simvolik xarakter daşıyacaq və "ABŞ-ın Yaxın Şərqdəki təsirinə zərbə vuracaq”. "İlk növbədə, bu, İran üçün böyük qələbə olardı", - deyə agentlik aydınlaşdırır.

Eyni zamanda aydınlaşdırılır ki, "Səudiyyə Ərəbistanının Suriya ilə bağlı hərəkətləri Rusiya - Əsədin daxili opponentlərlə müharibəsi zamanı digər əsas hərbi müttəfiqi - prezident Vladimir Putinin beynəlxalq dəstəyini gücləndirmək istədiyi bir vaxtda təşviq edilib”.

Məqalədə qeyd edilir ki, Ər-Riyadın səyləri uğursuz ola bilər, xüsusən Küveyt və Qətər Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpasına qarşıdır.

Suriya 2011-ci ildə Ərəb Liqasından çıxarılıb.

Kanal14.az
Kamal Əsgərov