Gündəm / Hadisə / Dünya

İsrailin şimal-qərbində helikopter qəzaya uğrayıb

İsrailin şimal-qərbində helikopter qəzaya uğrayıb

"Kanal14.az" "The Jerusalem Post”a istinadən yazır ki, helikopter bu gün İsrailin şimal-qərbində yerləşən Netanya şəhəri yaxınlığında qəzaya uğrayıb.

Onun sözlərinə görə, təyyarədə yalnız pilot olub. Hadisə yerinə gələn həkimlər onu dağıntılar altından çıxararaq köməklik göstərməyə çalışsalar da, kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Kanal14.az
Samirə Əsgərova