Gündəm / Hadisə / Dünya

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb

"Kanal14.az" "Tass.ru"ya istinadən xəbər verir ki, Kolumbiyanın qərbində helikopterin qəzaya uğraması nəticəsində 4 əsgər həlak olub. Bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

"Sizə təəssüflə bildirirəm ki, Kibdo təyyarəsinin qəzasından sağ qalan yoxdur. Bu faciəli anda kapitan Hector Jerez, leytenant Julieta Garcia, çavuşlar Con Orozko və Ruben Legizamonun ailələrinə dəstəyimi ifadə edirəm”, - o, tvitində yazıb.

Petronun sözlərinə görə, ekipaj "təchizat tapşırıqlarını” yerinə yetirirdi. Yerli media vertolyotun qəzaya uğradığı anın şahidlərin çəkdiyi videonu yayıb. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Kanall14.az
Jalə Asiman