Gündəm / Cəmiyyət / Dünya

Volkswagen Golf modelinin buraxılışından imtina etməyi planlaşdırır

Volkswagen Golf modelinin buraxılışından imtina etməyi planlaşdırır

"Kanal14.az" "qazeta.ru"ya istinadən bildirir ki, Almaniyanın Volkswagen şirkəti Golf modelinin istehsalını dayandırmağı və əvəzinə yeni avtomobil təqdim etməyi planlaşdırır.

Bu barədə automobilwoche.de Volkswagen minik avtomobilləri bölməsinin rəhbəri Tomas Şeferə istinadən məlumat yayıb.

Top-menecerin sözlərinə görə, 2024-cü ildə indiki Volkswagen Golf yenilənəcək, 2028-ci ildə isə model brend xəttini tərk edərək mövcudluğunu dayandıracaq.

Qeyd olunur ki, Golf əvəzinə Volkswagen elektrik güc aqreqatı olan yeni model buraxmağı planlaşdırır. Onun hansı avtomobil olacağı sonra məlum olacaq.

Kanal14.az
Kamal Əsgərov